Aİ və ABŞ polad və alüminiuma gömrük rüsumunun tətbiqini dayandırır

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ Prezidenti Co Baydenlə görüş

© APA | Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, ABŞ Prezidenti Co Baydenlə görüş

# 31 oktyabr 2021 17:49 (UTC +04:00)

Avropa İttifaqı və ABŞ polad və alüminiuma gömrük rüsumunun tətbiqinin dayandırılması barədə razılığa gəlib.
APA-nın məlumatına görə, bu barədə bu gün Romada G20 sammiti çərçivəsində ABŞ Prezidenti Co Baydenlə görüşdən sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen “Twitter”-də paylaşım edib.
Tərəflər podad üzrə yeni razılaşma üzərində işləmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Donald Tramp administrasiyası dövründə – 2018-ci ildə polad və alüminiuma tətbiq olunan gömrük rüsumları Brüssel və Vaşinqton arasında ticarət qarşıdurmasının başlamasına səbəb olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR