Akar: "Türkiyə NATO-nun ikinci ən böyük ordusu olaraq alyansın yükünü və bütün dəyərlərini bölüşür"

Hulusi Akar

© APA | Hulusi Akar

# 19 noyabr 2021 14:16 (UTC +04:00)

"Türkiyə NATO-nun ikinci ən böyük ordusu olaraq alyansın yükünü və bütün dəyərlərini bölüşür".

APA-nın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda "On Guard-2021" təliminin müşahidə günündə deyib.

"Türkiyə İŞİD, Əl-Qaidə, PKK/YPG, FETÖ və digər terror təşkilatlarına qarşı eyni vaxtda mübarizə apararkən, bölgəsindəki risk, təhdid və təhlükələrə baxmayaraq, alyansın təlimlərinə, güc strukturuna və heyətinə fasiləsiz töhfə verməyə davam edir", -deyə Türkiyənin müdafiə naziri bildirib.

Hulusi Akar ölkəsinin Avropanın sərhədlərini terrorizm, qaçaqmalçılıq və insan alverindən qorumaq üçün əlindən gələni etdiyini vurğulayıb.

"NATO-nun ikinci ən böyük ordusu olaraq, alyansın yükünü və onun bütün dəyərlərini bölüşərək Türkiyə NATO-nu öz təhlükəsizliyinin mərkəzinə qoymaqla yanaşı eyni zamanda NATO-nun təhlükəsizliyinin mərkəzində yerləşir", - deyə əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR