Aleksander Şallenberq sabah Avstriyanın Baş naziri təyin olunacaq

Aleksander Şallenberq

© APA | Aleksander Şallenberq

# 10 oktyabr 2021 19:46 (UTC +04:00)

Avstriyanın hazırkı xarici işlər naziri Aleksander Şallenberq sabah baş nazir təyin olunacaq və and içərək vəzifəsinin icrasına başlayacaq.
APA-nın xəbərinə görə, bu barədə Avstriya Prezidentinin dəftərxanası məlumat yayıb.
Qeyd edək ki, Sebastyan Kurts haqqında rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı aparılan istintaqla bağlı baş nazir postundan istefa vermək barədə qərar qəbul edib. S. Kurts Prezidenqt Van der Bellenə yaxın tərəfdaşı və XİN rəhbəri Aleksander Şallenberqi hökumətin yeni başçısı təyin etməsini təklif edib. S. Kurts özü Avstriya Xalq Partiyasının lideri postunda qalacaq, Milli Şurada – parlamentin aşağı palatasında deputat olacaq.
Baş nazirin müavini və hökumətin digər ortağı olan Yaşıllar Partiyasının lideri Verner Koqler S. Kurtsun bu qərarını dəstəkləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR