Almaniya nümayəndə heyəti Dohada “Taliban”la danışıqlar aparıb

Almaniya nümayəndə heyəti Dohada “Taliban”la danışıqlar aparıb
# 12 oktyabr 2021 02:18 (UTC +04:00)

Almaniyanın nümayəndə heyəti Dohada radikal “Taliban” hərəkatının yüksək səviyyəli təmsilçiləri ilə danışıqlar aparıb.

APA xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü jurnalistlərə açıqlamasında deyib.

Qeyd edilib ki, danışıqlarda tərəflər əsasən təhlükəsizlik və terror təhdidlərini müzakirə ediblər: “Danışıqlar zamanı eyni zamanda insanların təhlükəsiz və maneəsiz gediş imkanları, insan hüquqları, xüsusən qadınlara hörmət və s. mövzulara toxunulub”.

O, əlavə edib ki, heyət Alman hökumətinin “Taliban”ın gələcək fəaliyyətini sözdə deyil, atacaqları addımlara görə qiymətləndirəcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR