Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, həyat yoldaşı Elke Budenbender ilə birlikdə bu gün Bundestaq seçkilərində səs verib.
APA “TASS” agentliyinə istinadən bildirir ki, o, seçimini Berlinin qərbindəki Erich Kestner məktəbində təşkil edilən seçki məntəqəsində edib.
Seçki günü Ştaynmayer, vətəndaşları sandıq başına gəlməyə və səs verməyə çağırıb.