Almaniya Ukraynanın silah tədarükü ilə bağlı çağırışına rədd cavabı verib

Almaniya Ukraynanın silah tədarükü ilə bağlı çağırışına rədd cavabı verib

© APA | Hayko Mass

# 01 iyun 2021 16:41 (UTC +04:00)

Almaniya Ukraynanın silah tədarükü ilə bağlı çağırışına rədd cavabı verib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas NATO ölkələri XİN başçılarının görüşündən əvvəl jurnalistlərə bildirib.

“Mən inanıram ki, Ukraynanın şərqindəki münaqişə yalnız siyasi vasitələrlə həll oluna bilər. Bu, Ukrayna ilə münasibətlərimizdə əsas yanaşma olaraq qalacaq və heç bir dəyişiklik olmayacaq”, - deyə Hayko Maas qeyd edib.

XİN başçısı vurğulayıb ki, ölkəsinin Ukraynaya silah tədarükü münaqişənin həlinə kömək etməyəcək.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyaya avtomat silahlar, radio avadanlıqlar və zirehli maşınların tədarükü ilə bağlı çağırış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR