Almaniya və Belçikada sel nəticəsində ölənlərin sayı 150-ni keçib

Almaniya və Belçikada sel nəticəsində ölənlərin sayı 150-ni keçib

© APA | Almaniya və Belçikada sel nəticəsində ölənlərin sayı artır

# 17 iyul 2021 11:46 (UTC +04:00)

Almaniya və Belçikada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.

APA-nın "Sky News"a istinadən verdiyi xəbər görə, iki ölkədə ölənlərin sayı artıq 150-ni keçib.

Son məlumatlara görə, Almaniyada sel nəticəsində ölənlərin sayı 133-ə çatıb. Ən çox itki ölkənin qərbində - Reynland-Pfalz və Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınıb. 

Belçikada isə sel nəticəsində 27 nəfərin öldüyü təsdiqlənib. Ölkənin daxili işlər naziri Annelies Verlinden bildirib ki, 20 nəfər hələ də itkindir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR