Almaniya XİN: İran nüvə danışıqlarını bərpa etmək üçün yeni şərtlər qoya bilməz

Almaniya XİN: İran nüvə danışıqlarını bərpa etmək üçün yeni şərtlər qoya bilməz
# 04 oktyabr 2021 16:24 (UTC +04:00)

İran nüvə danışıqlarını bərpa etmək üçün yeni şərtlər qoya bilməz.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi İranın nüvə danışıqlarının bərpası üçün ABŞ-ın bu ölkəyə məxsus dondurulmuş aktivlərdən istifadəsinə icazə ilə bağlı tələbini şərh edərkən deyib.

"İran danışıqları davam etdirmək üçün başqa heç bir şərt qoya bilməz. İranı danışıqları ən qısa müddətdə bərpa etməyə çağırırıq", -deyə o bildirib.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian ABŞ tərəfindən dondurulmuş İrana məxsus 10 milyard dollar dəyərində varlıqların azad olunmasını tələb edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR