Almaniyada evdən işləmə rejimi bərpa edilir

Almaniyada evdən işləmə rejimi bərpa edilir
# 16 noyabr 2021 03:19 (UTC +04:00)

Yoluxanların sayının kəskin artmasına görə Almaniyada yenidən evdən işləmə rejimi bərpa olunur.

APA-nın xəbərinə görə, müəssisələrdəki gündəlik işçi sayı ilə bağlı məhdudiyyət iyulda ləğv edilmişdi.

Son 3 həftədə yoluxmaların kəskin artmasına görə məhdudiyyət yenidən bərpa olunur. Bundestaqa (parlamentin aşağı palatası) təqdim olunmuş layihədə göstərilir ki, işə gələnlər mütləq COVİD-19 pasportu və ya mənfi nəticəli koronavirus testi təqdim etməlidirlər. Evdən işləmək mümkün olduğu təqdirdə isə işçi müəssisəyə gəlməməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR