Almaniyada hakim koalisiyanın qurulması barədə müqavilə imzalanacaq

Almaniyada hakim koalisiyanın qurulması barədə müqavilə imzalanacaq
# 06 dekabr 2021 18:08 (UTC +04:00)

Almaniya Yaşıllar Partiyası bu gün keçirilən mətbuat konfransında Sosial Demokrat Partiyası və Azad Demokrat Partiyası ilə hakim koalisiya qurmağa razılıq verib.

APA-nın məlumatına görə, Yaşıllar Partiyası keçirdiyi mətbuat konfransında noyabrın 26-dan keçirilən daxili səsvermə zamanı üzvlərin 57%-nin koalisiya qurulmasına razılıq verdiyi elan olunub.

Sosial Demokrat Partiyası, Yaşıllar və Azad Demokrat Partiyası arasında koalisiyanın qurulması barədə müqavilənin sabah imzalanması gözlənilir.

Almaniyada yeni hökumətin dekabrın 8-də elan olunması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR