Almaniyada peyvənd olunmayanlar arasında yoluxma kütləviləşir

Almaniyada peyvənd olunmayanlar arasında yoluxma kütləviləşir
# 04 noyabr 2021 02:39 (UTC +04:00)

Almaniya peyvənd olunmayanların kütləvi yoluxması ilə üz-üzədir.

APA-nın “Die Velt”ə istinadla xəbərinə görə, bunu ölkənin Səhiyyə naziri Yens Spahn bildirib.

Nazir Covid-19-a yoluxmaların azalması üçün sərt tədbirlər görülməsinə çağırıb.

“Biz hazırda peyvənd olunmayanların yoluxması ilə qarşı-qarşıyayıq və bu hal kütləvidir. Təəssüf ki dördüncü dalğanın sıçrayışla baş verməsinə səbəb vaksinasiyanın ləngiməsidir” deyə nazir bildirib.

Səhiyyə naziri federal torpaqlara yoluxma artacağı hallarda bəzi məhdudiyyətlər tətbiq etmək barədə göstəriş verib. Məhdudiyyət başlıca olaraq peyvənd olunmayanların bəzi məkanlara buraxılmamasından ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR