Almaniyada sel nəticəsində 42 nəfər ölüb, 70 nəfər itkin düşüb - YENİLƏNİB

Almaniyada sel nəticəsində 42 nəfər ölüb, 70 nəfər itkin düşüb - YENİLƏNİB
# 15 iyul 2021 17:33 (UTC +04:00)

Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı artıb.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, Almaniyanın qərbində sel nəticəsində həyatını itirənlərin sayı 42 nəfərə çatıb.

Ölümlərin çoxu Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya federal torpaqlarında qeydə alınıb.

Yerli polisdən bildirilib ki, 70-ə yaxın insan hələ də itkindir.

***

saat 11:17

Almaniyada güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlər və itkin düşənlər var.

APA-nın DW-ya istinadən verdiyi xəbərə görə, Almaniyanın qərbində - Reynland-Pfalts federal torpağında sel nəticəsində 6 nəfər ölüb.

Altı evin çökməsi nəticəsində 50-yə yaxın adam itkin düşüb.

Yerli polisdən verilən məlumata görə, Şuld bölgəsində təxminən 25 bina çökmə riski altındadır.

Reynland-Pfaltsın Vulkaneyfel bölgəsində fövqəladə vəziyyət elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR