Almaniyada silahlı insident olub, yaralılar var

Almaniyada silahlı insident olub, yaralılar var
# 21 iyun 2021 08:23 (UTC +04:00)

Berlində silahlı insident baş verib, nəticədə azı 3 nəfər ağır yaralanıb.

APA xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Veddinq rayonunda bir barın yaxınlığında baş verib. Atışma zamanı yaralananlar xəstəxanaya yerləşdirilib.

İnsidenti törədən şəxsin hələ də saxlanılmadığı bildirilir. Ərazi polis tərəfindən mühasirəyə alınıb, araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR