Almaniyada Sosial Demokrat Partiyası seçkilərdə qalib gəlir

Almaniyada Sosial Demokrat Partiyası seçkilərdə qalib gəlir
# 27 sentyabr 2021 06:44 (UTC +04:00)

Almaniyada Sosial Demokrat Partiyası 25,7% səslə seçkilərdə qalib gəlir, Xristian Demokrat və Xristian Sosial Birliklər bloku indiyədək aşağı nəticə göstərərək 24,1%-lə ikinci yerdədir.

APA TASS-a istinadən xəbər verir ki, bunu MSK-nın bütün dairələrdən əldə etdiyi məlumatların incələnməsi göstərir.

Eyni zamanda, “Solçular” partiyası siyahıda 5%-lik baryeri aşa bilmir. Üçüncü yeri 14,8%-lə “Yaşıllar”, dördüncü yeri 11,5%-lə Azad Demokrat Partiyası tutub, 10,3%-lə “Almaniya üçün Alternativ” partiyası beşincidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR