Almaniyanın qərbində daşqın nəticəsində 165 min insan işıqsız qalıb

Almaniyanın qərbində daşqın nəticəsində 165 min insan işıqsız qalıb
# 16 iyul 2021 02:14 (UTC +04:00)

Almaniyanın qərbində 165 min insan leysan yağışlarının səbəb olduğu daşqınlar nəticəsində elektrik enerjisiz qalıb.

APA xəbər verir ki, bu barədə yerli “E-on” enerji konserni məlumat yayıb.

Bəzi paylayıcı yarımstansiyalar və elektrik xətləri zədələnib, bəziləri isə bilərəkdən söndürülüb.

Qeyd edək ki, Almaniyanın qərbində və cənub-qərbində leysan yağışları bazar ertəsindən davam edir. Güclü yağışlar səbəbindən Renin sahilləri - Ar, Mozel, həmçinin, kiçik çaylar - Zauer, Prüm, Nims, Kil və Erft məcralarında çıxaraq daşqınlara səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR