Angela Merkel ilk dəfə özünü feminist adlandırıb - VİDEO

Almaniya kansleri Angela Merkel

© APA | Almaniya kansleri Angela Merkel

# 09 sentyabr 2021 20:10 (UTC +04:00)

Almaniya kansleri Angela Merkel ilk dəfə özünü feminist adlandırıb və artıq bundan çəkinmədiyini söyləyib.

APA xəbər verir ki, bu barədə “Berliner Zeitung” nəşri yazıb.

Bildirilib ki, 2017-ci ildə qadınlar sammitində kansler bu suala qəti cavab verə bilməyib. Merkel deyib ki, o vaxt bunu açıq şəkildə söyləməkdən utanıb.

Ancaq kansler indi feminist olduğunu deyərək, ictimai həyatda qadın və kişi bərabərliyi mövzusunda hər kəsi bu nümunəni izləməyə təşviq edib: “Bu gün daha yaxşı düşündüm. Bu mənada deyə bilərəm ki, bəli, hamımız feminist olmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR