AŞPA-da COVID-19 sertifikatları ilə bağlı qətnamə qəbul edilib

AŞPA-da COVID-19 sertifikatları ilə bağlı qətnamə qəbul edilib
# 22 iyun 2021 15:47 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) COVID-19 sertifikatları ilə bağlı qətnamə qəbul edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, qətnamədə bildirilib ki, COVID-19-la bağlı məhdudiyyətlərin sosial-iqtisadi təsiri ciddidir.

Qeyd olunub ki, COVID-19 sertifikatları üçün aydın bir hüquqi baza yaradılmalı və şəxsi məlumatların qorunması ilə bağlı hərtərəfli zəmanət verilməlidir.

“COVID-19 sertifikatları verilərkən hər bir şəxs üçün tibbi, faktiki və insan hüquqları məsələləri diqqətlə nəzərdən keçirilməlidir. Əks təqdirdə bu, insan hüquqları və azadlığına mənfi təsir göstərərək ayrı-seçkiliyə səbəb ola bilər”, - deyə qətnamədə vurğulanıb.

Sənəddə AŞPA-ya üzv dövlətlər Avropa Şurası standartlarına hörmətlə yanaşmağı hədəfləyən bir sıra tövsiyələr qəbul etməyə çağırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR