AŞPA-nın yay sessiyası yenə hibrid formatda keçiriləcək

AŞPA-nın yay sessiyası yenə hibrid formatda keçiriləcək
# 07 iyun 2021 02:54 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası iyunun 21-dən 24-dək qarışıq formatda keçiriləcək, üzv ölkələrin nümayəndələrinə yay sessiyasında uzaqdan iştirak etmələrinə və ya Strasburqda şəxsən iştirak etmələrinə icazə veriləcək.

APA-nın AŞPA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, sessiya çərçivəsində Avropa Şurasının Qadına Şiddətin və Məişət Zorakılığının Qarşısının Alınması və Mübarizə Konvensiyasının (İstanbul Konvensiyası) 10-cu ildönümü qeyd ediləcək, bu mövzuda debat keçiriləcək. Həmçinin sessiyada fundamental hüquqların qorunması və COVID pasportlarının və ya sertifikatlarının qanuni təsirləri müzakirə ediləcək.

Macarıstan xarici işlər naziri Peter Sijarto və Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç sual-cavab sessiyasında iştirak edəcək. Bolqarıstan və Albaniyadakı son parlament seçkiləri ilə bağlı hesabatlar müzakirə ediləcək. Sessiyada Xorvatiya və Rusiya üzrə Avropa İnsan Haqları Məhkəməsinə hakimlər seçiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR