AŞPA prezidenti Gürcüstana səfər edəcək

Rik Daems

© APA | Rik Daems

# 23 iyul 2021 19:09 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Rik Daems Gürcüstana işgüzar səfər edəcək.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi xəbərə görə, o iyulun 27-28-də Gürcüstanda səfərdə olacaq.

AŞPA Prezidenti Gürcüstan parlamentinin spikeri, Baş nazir, xarici işlər, ədliyyə və daxili işlər nazirləri ilə görüşlər keçirəcək.

O, həmçinin insan haqları və sivil inteqrasiya komitəsinin sədri, Gürcüstanın AŞPA-dakı parlament üzvləri ilə də görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR