ATƏT sədri Avstriya XİN başçısı ilə görüşüb

Aleksandr Şallenberq, Ann Linde

© APA | Aleksandr Şallenberq, Ann Linde

# 29 iyun 2021 16:39 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberqlə görüşüb.

APA-nın xəbərinə görə, ATƏT sədri bu barədə "Twitter"də bildirib.

Görüşdə İsveç-Avstriya əlaqələri, Avropa İttifaqının genişlənməsi, Aİ-nin Cənub və Şərq qonşuluqları və ATƏT-in gündəliyində olan məsələlər müzakirə olunub.

Avstriyanın xarici işlər naziri A.Şallenberq Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mandatı əsasında Litva və Rumıniya XİN başçıları ilə birgə Cənubi Qafqaza səfəri barədə ATƏT sədrini məlumatlandırıb.

"Regionda sabitliyin bərpası həm ATƏT, həm də Aİ üçün böyük önəm kəsb edir", - deyə Avstriya XİN başçısı bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR