Avropa İttifaqı Gürcüstanda verilən COVID-19 pasportlarını tanıyıb

David Zalkaliani

© APA | David Zalkaliani

# 15 noyabr 2021 16:11 (UTC +04:00)

Gürcüstan Avropa İttifaqının (Aİ) COVID-19 Sertifikat Sisteminə qoşulub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Twitter”də bildirib.

O vurğulayıb ki, bu, pandemiyaya qarşı mübarizədə önəmli addımlardan biridir və Gürcüstan Qərb dəyərlərinə sadiq olaraq qalır.

Xatırladaq ki, Gürcüstanla yanaşı Moldova, Serbiya və Yeni Zelandiya da adıçəkilən sistemə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR