Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
# 12 iyul 2021 14:53 (UTC +04:00)

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb.

APA-nın Aİ Şurasının saytına istinadən verdiyi xəbərə görə, Şura Rusiyanın xüsusi iqtisadi sektorlarını hədəf alan sanksiyaların müddətini 31 yanvar 2022-ci ilə qədər uzadıb.

Sanksiyalar müəyyən Rusiya bankları və şirkətləri üçün Aİ-nin birinci və ikinci dərəcəli kapital bazarlarına girişi məhdudlaşdırır və Rusiya maliyyə qurumlarına maliyyə yardımı və vasitəçilik formalarını qadağan edir. Sanksiyalar eyni zamanda, müdafiə sahəsi ilə əlaqəli bütün materialların birbaşa və ya dolayı idxalını, ixracını və ya köçürülməsini qadağan edir və ikili məqsədlə istifadə oluna bilən malların Rusiyada hərbi məqsədlə istifdəsinə qadağa qoyulur.

Sanksiyalar enerji sektorunda, neft hasilatı və kəşfiyyatında istifadə edilə bilən müəyyən həssas texnologiyalara Rusiyanın girişini daha da məhdudlaşdırır.

Aİ Şurası bu qərarı iyunun 24-25-də 2015-ci ilin 31 dekabrına reallaşması nəzərdə tutulan Minsk razılaşmalarının vəziyyətinin son qiymətləndirilməsindən sonra qəbul edib.

Sanksiyaların uzadılmasına münasibət bildirən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bunun gözlənilən olduğunu deyib. "Bəli, sanksiyaların uzadılması qərarı verildi, burada heç bir yenilik yoxdur. Hələ ki, həqiqətən, biz çətin şərtlərdə işləməliyik. Əlbəttə ki, bu cür qərarlar heç bir halda Moskva ilə Brüssel arasında münasibətlərin normallaşması üçün yeni perspektivlər yaratmır", -deyə Peskov jurnalistlərə bildirib.

Qeyd edək ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar ilk dəfə 2014-cü ilin 31 iyulunda bu ölkənin Ukraynada vəziyyəti qeyri-stabilləşdirmə istiqamətində atdığı addımlarına cavab olaraq tətbiq olunub. Bu sanksiyalar 2014-cü ilin sentyabrında qüvvəyə minib və 2015-ci ilin martında Aİ Şurası bu sanksiylarının Minsk razılaşmaları tam həyata keçirilənə qədər uzadılması barədə razılaşıb.

Aİ iqtisadi sanksiyalarla yanaşı Rusiyaya qarşı digər addımlar da atıb. Buraya diplomatik tədbirlər, individual məhdudlaşıdırıcı tədbirlər (səyahət qadağaları və hesabların dondurulması) Krım və Sevastopolla iqtisadi əlaqələrə xüsusi məhdudlaşdırmalar tətbiq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR