Avropada ixrac və idxalın həcmi artıb

Avropada ixrac və idxalın həcmi artıb
# 24 noyabr 2021 08:39 (UTC +04:00)

Sentyabrda Avrozonadan dünyanın digər ölkələrinə 210 milyard avro həcmində məhsul ixrac edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% artıqdır.

APA-nın xəbərinə görə, bu rəqəmlər Avropa statistika qurumu Avrostatın son hesabatında yer alır.

Statistika hesabat dövründə avrozonaya idxalın da 21.6% artaraq 202 milyard avroya çatdığını göstərir.

Yanvar-sentyabr aylarında avrozonadan hazır məhsul ixracı 1.7 trilyard avronu keçib. Bu da 2020-ci illə müqayisədə 14.7% çoxdur. İdxal da öz növbəsində 17.7% artaraq 1.6 trilyard avronu keçib. Beləliklə, avrozonada ilin 3 rübü ərzində 132 milyard avro ticarət profisiti yaranıb. Halbuki ötən il rəqəm 151 milyard idi. Yanvar-sentyabr aylarında avropadaxili ticarət dövriyyəsi təxminən 1.6 trilyard avro təşkil edib ki, bu da illik əsasda 19.7% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR