Avropada müəssisələrə yardım ləğv olunur

Avropada müəssisələrə yardım ləğv olunur
# 24 noyabr 2021 03:48 (UTC +04:00)

Avropa Komissiyası pandemiya dövründə tətbiq edilmiş müəssisələrə yardım rejimi ləğv edib.

APA-nın “Reuters”ə istinadla xəbərinə görə, Avropa İttifaqına üzv ölkələr 2022-ci ilin iyununadək dotasiyaları dayandırmalı, mərhələli şəkildə rəqabət qaydalarını tətbiq etməlidir.

Bununla belə, komissiya üzv ölkələrə rəqabət qanunvericiliyində dəyişiklik edərək yarımkeçiricilərin istehsalını subsidiyalaşdırmağı tövsiyə edib.
Pandemiya dövründə tətbiqi müvəqqəti dayandırılmış rəqabət şərtləri 6 ay gecikmə ilə 30 iyundan etibarən tam şəkildə tətbiq ediləcək.
Komissiyanın qərarında göstərilir ki, ölkələr iqtisadi inkişafa kömək etməklə yanaşı xammal asılılığını da aradan qaldırmağa çalışmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR