Avropolun əməliyyatında 27 milyon avro müsadirə olunub

Avropol

© APA | Avropol

# 26 oktyabr 2021 21:00 (UTC +04:00)

Avropa polis təşkilatı Avropol 9 ölkənin güc strukturları ilə birgə əməliyyat keçirib.

APA-nın fransız mətbuatına istinadla xəbərinə görə, əməliyyata hazırlıq 6 aydan çox davam edib.

Əməliyyat zamanı qitənin müxtəlif ölkələrində fəaliyyət göstərən 150 kibercinayətkar dindirilib. Onların böyük həcmdə elektron mal dövriyyəsinə nəzarət etdiyi məlum olub. “Dark Huntor” adlı əməliyyatda 27 milyon avro nağd pul, saxta əskinaslar, böyük miqdarda kriptovalyuta, 500 kiloqramdan çox psixotrop maddə ələ keçirilib.

Əməliyyat nəticəsində 2400 narkotacir və 500 mindən çox istifadəçi müəyyən edilib. Kibercinayətkarlardan ibarət mütəşəkkil dəstəyə başçılıq edən 34 yaşlı Almaniya vətəndaşı Avstriya sərhədində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR