Avstriya, Litva və Rumıniya XİN başçıları Cənubi Qafqaza səfərin yekunları ilə bağlı hesabat təqdim ediblər

Rumıniyanın XİN başçısı Boqdan Auresku

© APA | Rumıniyanın XİN başçısı Boqdan Auresku

# 12 iyul 2021 19:08 (UTC +04:00)

Rumıniyanın xarici işlər naziri Avstriya və Litvadan olan həmkarları ilə iyun ayında Cənubi Qafqaza səfərin yekunları ilə bağlı hesabatı Aİ Xarici İşlər Şurasına təqdim edib.

APA-nın xəbərinə görə, bu barədə Rumıniyanın XİN başçısı Boqdan Auresku "Twitter"də bildirib.

"Cənubi Qafqaza son səfərin əsas nəticələri ilə bağlı məlumatlandırma. Bu, Aİ-nin regionda yenilənmiş iştirakının başlanğıcı olmalıdır. Biz bütün mövcud və ya yeni alətlər barədə düşünməliyik, məsələn, Aİ ilə əməkdaşlığın dərinləşdirilməsi, etimadın artırılması tədbirlərini təşviqi kimi", - deyə rumıniyalı nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR