Avstriyada prezidenti yeni kansleri andiçməyə təqdim edəcək

Aleksander Şallenberq

© APA | Aleksander Şallenberq

# 10 oktyabr 2021 22:06 (UTC +04:00)

Avstriyanın federal prezidenti Aleksander Van der Bellen ölkənin yeni kansleri Aleksander Şallenberqi andiçmə üçün təqdim edəcək.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın “Ö3” radiostansiyası məlumat yayıb.

Şənbə günü Avstriya kansleri Sebastian Kurts antikorrupsiyaya prokurorluğunun ona qarşı apardığı araşdırma fonunda istefa verdiyini açıqlayıb və hazırkı xarici işlər naziri Şallenberqi öz varisi olaraq göstərib.

“Aleksander Şallenberq sabah (Bazar ertəsi günü) yeni federal kansler təyin ediləcək və federal prezident Van der Bellen saat 13:00-da (Bakı vaxtı ilə 15:00) and içəcək”, - deyə radiostansiyanın “Twitter” səhifəsində yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR