Barbados Britaniya idarəçiliyindən çıxır

Barbados Britaniya idarəçiliyindən çıxır
# 01 oktyabr 2021 07:41 (UTC +04:00)

Barbados Britaniya tacının idarəçiliyindən ayrılaraq parlamentli respublika olacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə adanın baş naziri Mia Motli parlamentdə çıxışı zamanı bildirib.

Onun çıxışının mətni “Kevz Politics” nəşri tərəfindən “Twitter”də dərc olunub.

Motli qeyd edib ki, hökumət və müxalifət gələcək respublikanın ilk prezidenti vəzifəsinə namizəd barədə razılığa gəliblər – bu vəzifəni 30 noyabrda adanın general-qubernatoru Sandra Meyson icra edəcək. Onun təsdiqlənməsi üçün hər iki palatada səslərin azı üçdə-ikisi tələb olunur.

“Qanunvericilik təsdiq edildikdən sonra zati aliləri, hazırkı general-qubernator Sandra Meysonun namizədliyini irəli sürmək niyyətindəyik. İnanırıq ki, o, ilk prezident vəzifəsinə uyğun bir namizəddir”, - baş nazir belə deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR