Baş nazir: “Gürcüstan iqtisadiyyatı növbəti dəfə bağlanmayacaq”

Baş nazir: “Gürcüstan iqtisadiyyatı növbəti dəfə bağlanmayacaq”
# 05 avqust 2021 14:58 (UTC +04:00)

Gürcüstan hökuməti yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbi ilə ölkə iqtisadiyyatını növbəti dəfə bağlamayacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin 10 illik fəaliyyət planının təqdimatı zamanı deyib.

Baş nazirin sözlərinə görə, tezliklə ölkəyə gətiriləcək vaksinlərin sayı 3 milyon dozanı ötəcək və belə bir fonda iqtisadiyyatı bağlamaq tamamilə əsassız olar. O, iqtisadi böyümənin qorunması üçün əhalinin kütləvi vaksinasiyası hədəflərinin artırılacağını bildirib.

Qeyd edək ki, son günlərdə Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb. Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidzenin sözlərinə görə, dördüncü dalğanın pik dövrünün avqustun 15-20-dək davam etməsi proqnozlaşdırılır. Epidemioloji vəziyyətin bu cür pisləşməsi daha əvvəl ötən ilin noyabr-dekabr aylarında qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR