Baş nazir: “Saakaşvilinin Ukraynanın xarici siyasətinə təsiri yoxdur”

Denis Şmıqal

© APA | Denis Şmıqal

# 03 iyun 2021 10:14 (UTC +04:00)

“Mixeil Saakaşvili islahatlarla bağlı təcrübə və tövsiyələrini bizimlə bölüşür, onun Ukraynanın xarici siyasətinə təsiri yoxdur”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Tbilisidə səfərdə olan Ukraynanın Baş naziri Denis Şmıqal Gürcüstanın sabiq prezidenti M. Saakaşvilinin iki ölkə arasındakı əlaqələrə təsirinə dair suala cavabında deyib.

O qeyd edib ki, M. Saakaşvilinin Ukrayna vətəndaşı olmasını anlamaq lazımdır: “Anlamaq lazımdır ki, Mixeil Saakaşvili bu gün Ukrayna vətəndaşıdır və o, Ukraynanın məşvərətçi orqanındakı vəzifələrdən birini tutur. O, islahatlarla bağlı öz təcrübə və tövsiyələrini bizimlə bölüşür, amma onun hökumətlə heç bir əlaqəsi yoxdur və Ukrayna siyasətinə, xüsusilə də Ukraynanın xarici siyasətinə heç bir təsiri yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR