Batumi məhkəməsi yaşayış binasının çökməsinə görə 3 nəfər barəsində həbs qərarı çıxarıb

Batumi məhkəməsi yaşayış binasının çökməsinə görə 3 nəfər barəsində həbs qərarı çıxarıb
# 11 oktyabr 2021 11:22 (UTC +04:00)

Batumi Şəhər Məhkəməsi 26 May küçəsində yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar saxlanılmış 3 nəfərin həbs edilməsi barədə qərar qəbul edib.

APA-nın yerli bürosunun Gürcüstanın İctimai telekanalına istinadən verdiyi xəbərə görə, məhkəmə Zaur Budatov və onun mənzilində təmir-bərpa işləri aparması üçün işə götürdüyü daha iki nəfərin barəsində həbs qətimkan tədbiri seçib.

Həbs edilən şəxslər tikintidə təhlükəsizlik qaydalarını pozaraq insan itkisinə və ağır nəticələrə səbəb olmaqda ittiham edilirlər.

Qeyd edək ki, oktyabrın 8-də baş vermiş hadisə nəticəsində üçü uşaq olmaqla 9 nəfər həlak olub, daha bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR