Batumidə bina çöküb, yeni doğulmuş körpə dağıntılar altından xilas edilib - VİDEO - YENİLƏNİB

Batumidə bina çöküb, yeni doğulmuş körpə dağıntılar altından xilas edilib - VİDEO  - YENİLƏNİB
# 08 oktyabr 2021 12:48 (UTC +04:00)

Batumidə çökmüş yaşayış binasının dağıntıları altından iki azyaşlı xilas edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, azyaşlılardan biri hadisə baş verən zaman yaxınlıqdakı avtomobillərdən birində olub.

Bundan başqa, dağıntıların altından yeni doğulmuş körpə də xilas edilib.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

***

saat 12:21

Gürcüstanın Batumi şəhərində beşmərtəbəli yaşayış binası çöküb.

APA-nın yerli bürosunun xəbərinə görə, dağıntılar altında qalanların olduğu bildirilir.

Əraziyə təcili yardım maşınları və xilasedicilər cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR