Batumidə uçan binada axtarış-xilasetmə işləri başa çatdırılıb

Batumidə uçan binada axtarış-xilasetmə işləri başa çatdırılıb
# 09 oktyabr 2021 17:34 (UTC +04:00)

Batumidə uçan yeddimərtəbəli yaşayış binasında axtarış-xilasetmə işləri başa çatdırılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri məlumat verib.

Nazir qeyd edib ki, dağıntılar altında heç kimin qalmadığı ehtimal edildiyindən, eləcə də yeni uçqun təhlükəsi olduğundan axtarış-xilasetmə işləri dayandırılıb.

Nazirin sözlərinə görə, xilasedicilər dağıntıların altından 8 nəfərin meyitini çıxarıb, onların arasında 15 aylıq körpə, 7 və 12 yaşlarında uşaqlar olub. Daha bir nəfər isə aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.

O, yerdə qalan işlərin binanın salamat qalan hissələrində uçma təhlükəsinin olmadığına əmin olunduqdan sonra davam etdiriləcəyini vurğulayıb.

Xatırladaq ki, yaşayış binasının salamat qalan hissəsində çatların əmələ gəlməsi səbəbindən sakinlərin təxliyə edildiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR