Batumidə uçan yaşayış binasının dağıntıları altında qalan 8 nəfərin axtarışı davam etdirilir

Batumidə uçan yaşayış binasının dağıntıları altında qalan 8 nəfərin axtarışı davam etdirilir
# 08 oktyabr 2021 16:00 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində yaşayış binasının uçması nəticəsində dağıntılar altında qalan 8 nəfərin axtarışı davam etdirilir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Batumi meri vəzifəsini icra edən Lela Surmanidze bildirib. Onun sözlərinə görə, hadisə baş verən binada ümumilikdə 12 ailə yaşayıb. Xilasedicilərin artıq 3 uşağı xilas etdiyi bildirilir.

Qeyd edək ki, hadisə yerli vaxtla saat 12:00-da qeydə alınıb. Sakinlər binanın çökməsini yaxınlıqda aparılan tikinti işləri ilə əlaqələndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR