Bayden-Putin görüşünün keçiriləcəyi məkan məlum olub

Bayden-Putin görüşünün keçiriləcəyi məkan məlum olub

© APA | La Qranj villası

# 10 iyun 2021 11:37 (UTC +04:00)

İyunun 16-da İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin görüşünün keçiriləcəyi məkan məlum olub. 

APA-nın İsveçrə Xarici İşlər federal departamentinə istinadən verdiyi məlumata görə, görüş La Qranj villasında baş tutacaq. 

Kremldən də məlumatı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR