Bayden Putini "layiqli rəqib" hesab etdiyini deyib

Bayden Putini "layiqli rəqib" hesab etdiyini deyib

© APA | ABŞ Prezidenti Co Bayden və Rusiya Prezidenti Vladimir Putin

# 15 iyun 2021 03:39 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini “layiqli rəqib”, ağıllı və sərt bir siyasətçi adlandırıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə o, NATO sammitinin ardından Brüsseldə mətbuat konfransında çıxış edərkən deyib.

“Mən onunla artıq görüşmüşəm. Ağıllı, sərt birisidir və deyərdim ki, layiqli bir rəqibdir”, - deyə Bayden bildirib.

ABŞ prezidenti, bir müddət əvvəl qalmaqallı çıxışında da dediyi kimi, Putini hələ də qatil hesab edib-etmədiyinə aydınlıq gətirməsi ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.

C.Bayden Cenevrədə V.Putinlə görüşdə Rusiya Federasiyası ilə ABŞ arasında potensial əməkdaşlıq sahələrini müəyyənləşdirəcəyini deyib və sammiti kritik adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR