Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

ABŞ Prezidenti Co Bayden

© APA | ABŞ Prezidenti Co Bayden

# 17 iyun 2021 07:33 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə baş tutan söhbətin tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu o, rusiyalı həmkarı ilə Cenevrədə keçirdiyi görüşün ardından təşkil olunmuş mətbuat konfransında deyib.

“Sizə deməliyəm ki, bütün görüşün tonu... yaxşı, pozitiv idi. Hər hansı sərt hərəkətlər olmadı. Xeyr, heç bir təhdid yox idi”, - deyə Bayden qeyd edib.

Onun sözlərinə görə, tərəflər bir-biri ilə fikir ayrılığında olduqları məqamları da ortaya qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR