Bayden və Avropa liderləri Rusiyanın Ukraynaya qarşı sərt ritorikasından narahatdır

Boris Conson, Emmanuel Makron, Angela Merkel, Co Bayden

© APA | Boris Conson, Emmanuel Makron, Angela Merkel, Co Bayden

# 07 dekabr 2021 11:22 (UTC +04:00)

ABŞ, Almaniya, Böyük Britaniya, İtaliya və Fransa liderləri Ukrayna ilə bağlı vəziyyəti müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, İtaliya Baş naziri Mario Draqi, Britaniya Baş naziri Boris Conson və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub.

Liderlər Rusiyanın Ukrayna sərhədlərində hərbi birləşmələri və Rusiyanın getdikcə sərtləşən ritorikasından narahatlıqlarını ifadə ediblər.

“Onlar Rusiyanı gərginliyi azaltmağa çağırıb və razılaşıblar ki, Donbasdakı münaqişənin həllinin yeganə həlli diplomatiya, xüsusilə Normandiya formatı çərçivəsində Minsk Razılaşmalarının həyata keçirilməsi ilə mümkündür.

Liderlər Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəklədiklərini vurğulayıblar. Tərəflər koordinasiyalı və hərtərəfli yanaşma əsasında NATO müttəfiqləri və Aİ tərəfdaşları ilə məsləhətləşmələr daxil olmaqla, sıx təmasda olacaqları barədə razılığa gəliblər”, - Ağ Evin yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, bu gün ABŞ və Rusiya prezidentlərinin videokonfrans formatında görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR