Belarus hava yollarının Aİ-nin hava məkanında uçuşları qadağan olunub

Belarus hava yollarının Aİ-nin hava məkanında uçuşları qadağan olunub
# 04 iyun 2021 18:25 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) Belarus hava yollarının blokun hava məkanında uçuşlarını və Belarus təyyarələrinin Avropa hava limanlarına enməsini qadağan edib.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ-dəki diplomatik mənbə bildirib.

"Bu gün Aİ-nin səfirləri Belarus hava yolu daşıyıcılarının blokun ərazisi üzərindən uçmasını və ya Aİ hava limanlarına enməsini qadağan edən plan qəbul edib", - diplomatik mənbə bildirib.

Aİ eyni zamanda ittifaq ölkələrinin hava yollarına Belarus üzərindən uçmamağı tövsiyə edib, lakin bu məcburi bir qadağa deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR