Belarusla sərhəddə Polşa hərbçisi həlak olub

Belarusla sərhəddə Polşa hərbçisi həlak olub
# 14 noyabr 2021 00:51 (UTC +04:00)

Polşa-Belarus sərhədində xidmət aparan əsgər bədbəxt hadisə nəticəsində həyatını itirib.

APA-nın xəbərinə görə bu barədə Polşanın 17-ci voevodalığının hərbi briqadası məlumat yayıb.

Məlumatda deyilir: “Noyabrın 13-də Polşa-Belarus sərhədində baş vermiş bədbəxt hadisə nəticəsində bir əsgər həlak olub. Hadisəni hərbi prokurorluq araşdırır. İnsidentdə üçüncü şəxslər iştirak etməyib. Qarovul xidməti aparan hərbi qulluqçu birbaşa sərhədlə bağlı olan tapşırıq icra etməyib. Bir həftə əvvəl xidmətə çağırılmış əsgərin miqrantlarla heç bir təması olmayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR