Belçikada ictimai yerlərə yalnız QR kodu ilə daxil olmaq tətbiq edilib

Belçikada ictimai yerlərə yalnız QR kodu ilə daxil olmaq tətbiq edilib
# 27 oktyabr 2021 03:32 (UTC +04:00)

Belçika hökuməti koronavirusun yayılması ilə mübarizə tədbirlərini sərtləşdirib və bütün ölkədə restoranlar, əyləncə, idman obyektlərinə daxil olmaq üçün QR kodları tətbiq edilir.

APA xəbər verir ki, bu barədə çərşənbə axşamı Belçikanın Baş naziri Aleksandr De Kroo koronavirusla mübarizə üzrə Federal Koordinasiya Komitəsinin növbədənkənar iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

Baş nazir deyib ki, ifeksiyaların sayında kəskin artım müşahidə olunur, son bir həftədə yoluxma 70% artıb: “Qeydə alınan yeni yoluxmaların orta gündəlik sayı 5,3 min nəfərdir. 18 yaşdan yuxarı vətəndaşların 74%-i hazırda iki doza peyvənd olunur, 12-18 yaş arası uşaqların peyvənd edilməsinə artıq başlanılıb”.

De Croo vurğulayıb ki, peyvənd “pandemiya ilə mübarizənin çox effektiv yolu olaraq qalır – bu, xəstəxanaya yerləşdirmələri 70%, ölümləri isə 90% azaldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR