Belçikada keşişlər üçün moda nümayişi keçirilib - FOTO

Belçikada keşişlər üçün moda nümayişi keçirilib - FOTO
# 18 noyabr 2021 15:20 (UTC +04:00)

Belçikanın Turne şəhərində katolik keşişlər üçün geyim nümayişi keçirilib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, Notr-Dam kafedral kilsəsində təşkil olunan nümayişdə qiyməti 300 min avroya çata bilən 30 tarixi kostyum təqdim edilib. Ən qədim kostyumun XVII əsrə aid olduğu bildirilir. Tədbirdə müxtəlif xalqların keşişlərinin geyimi nümayiş olunub. Qızılı və gümüşü saplarla işlənmiş geyimləri könüllü modellər nümayiş etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR