Belçikada məktəb binası çöküb, 5 nəfər ölüb, 9 nəfər yaralanıb

Belçikada məktəb binası çöküb, 5 nəfər ölüb, 9 nəfər yaralanıb
# 20 iyun 2021 05:39 (UTC +04:00)

Belçikada məktəb binasının çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib. 

APA “Belga”ya istinadən xəbər verir ki, Antverpendə baş verən hadisə zamanı 9 nəfər yaralanıb.

Onların vəziyyəti stabil qiymətləndirilir.

Bildirilib ki, hadisə binada tikinti işləri aparılarkən baş verib. Ölən və yaralılar binada çalışan işçilərdir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR