Berlin yaxınlığında evdə 5 nəfərin meyiti aşkarlanıb

Berlin yaxınlığında evdə 5 nəfərin meyiti aşkarlanıb
# 04 dekabr 2021 18:07 (UTC +04:00)

Almaniya polisi Almaniyanın paytaxtı Berlinin cənubunda yerləşən Kyoniqs-Vusterhauzen şəhərində yaşayış evində 5 nəfərin meyitini aşkarlayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, polisə zəng edən şəxs həmin yaşayış evin sakinlərinin uzun müddətdir, görünmədiyini bildirib.

Meyitlərin aşkarlandığı evin yerləşdiyi küçə nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə yerində ekspertlər çalışır.

Hüquq-mühafizə orqanları həmin şəxslərin öldürüldüyünü ehtimal edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR