Berlində atışma olub, yaralılar var

Berlində atışma olub, yaralılar var
# 31 iyul 2021 03:51 (UTC +04:00)

Almaniyanın paytaxtı Berlinin bölgələrinin birində atışma baş verib, nəticədə 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Berliner Zeitung” qəzeti məlumat yayıb.

Məlumata görə, yaralıların arasında bir qadın da var. Bütün yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri məlum deyil.

Qəzetin yazdığına görə, Berlin polisi cinayətkarın tapılması üçün əməliyyat keçirib. Polis insidentin terror aktı ola biləcəyini istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR