BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib

BMT bəşəriyyətin nüvə silahı ilə məhv olma riski haqqında xəbərdarlıq edib
# 26 sentyabr 2021 13:58 (UTC +04:00)

BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, dünya hələ də nüvə silahları ilə məhv edilməyə yaxındır.

APA-nın məlumatına görə, Quterreş bu barədə Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, planetdə təxminən 14 min ədəd belə silah saxlanılır.

BMT-nin baş katibi, fəlakətdən qaçmaq üçün bu problemin həllində konstruktiv tədbirlərə keçid üçün çağırış edib:

"Nüvə münaqişəsi buludlarını əbədi olaraq dağıtmağın vaxtı gəlib. Dünyamızı nüvə silahlarından qurtarın və yeni bir inam və sülh dövrünə başlayın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR