BMT-nin İqlim Dəyişikliyi Konfransının rəsmi açılış mərasimi keçirilir

BMT-nin İqlim Dəyişikliyi Konfransının rəsmi açılış mərasimi keçirilir
# 01 noyabr 2021 16:51 (UTC +04:00)

Böyük Britaniyanın Qlazqo şəhərində BMT-nin İqlim Dəyişikliyi Konfransının (COP26) rəsmi açılış mərasimi keçirilir.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, açılış mərasimində çıxış edən Britaniyanın baş naziri Boris Conson bildirib ki, iqlim dəyişikliyi haqqında real düşünmək lazımdır və daha çox ümid, hədəf və istəklərdən deyil, aydın öhdəlik və dəyişiklik üçün konkret cədvəllərdən danışılmalıdır. Boris Conson dünya liderlərini kömürdən istifadənin mərhələli şəkildə dayandırılması, elektrikli avtomobillərə keçidin sürətləndirilməsi, meşələrin qırılmasının dayandırılması, eləcə də iqlim böhranının yaşandığı inkişaf etməkdə olan ölkələrə dəstək üzrə konkret addımlar atmağa çağırıb.

Baş nazir bildirib ki, 2025-ci ilə qədər Böyük Britaniya öz iqlim maliyyəsini əlavə olaraq 1 milyard funt sterlinq də artırmağı öhdəsinə götürüb.

Qeyd edək ki, Fransa Prezidenti Emanuel Makron və Almaniya kansleri Angela Merkel, ABŞ Prezidenti Co Bayden iqlim konfransına qatılan liderler arasındadır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə son anda konfransa qatılmayacağını bildirib. Buna səbəb isə təhlükəsizliklə bağlı bəzi tələblərin yerinə yetirilməməsi olub. Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinə də konfransa qatılmayan prezidentlər arasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR