Bolqarıstana məxsus MiQ-29 qırıcı təyyarəsi Qara dənizdə qəzaya uğrayıb

Bolqarıstana məxsus MiQ-29 qırıcı təyyarəsi Qara dənizdə qəzaya uğrayıb
# 09 iyun 2021 12:56 (UTC +04:00)

Bolqarıstana məxsus MiQ-29 qırıcı təyyarəsi “Şabla-2021” hərbi təlimləri zamanı Qara dənizdə qəzaya uğrayıb. 

APA-nın “Radio Bulgaria”ya istinadən verdiyi xəbərə görə, bu barədə Bolqarıstan Hərbi Hava Qüvvələrinin (HHQ) kontr-admiralı Kiril Mixailov məlumat verib.  

O, pilotun katapult etdiyinə ümid etdiyini bildirib.  

Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, MiQ-29 qırıcı təyyarəsi ölkənin sahil suları üzərində təlim tapşırığını yerinə yetirərkən HHQ ilə rabitəsi kəsilib və saat 00:45-də radardan itib. Bildirilib ki, hadisədən dərhal sonra başladılan axtarış və xilasetmə işləri hələ də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR