Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir
# 11 iyul 2021 09:08 (UTC +04:00)

Bu gün Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir.

APA TASS-a istinadən bildirir ki, seçkidə 6,7 milyon seçici səs verməlidir.

Buna görə də ölkədə 13 minə yaxın seçki məntəqəsi açılır.

Seçki saat 7-də başlayıb.

Qeyd edək ki, ölkədə 4 apreldə baş tutan parlament seçkilərinin nəticələrinə əsasən 3 siyasi partiya parlamentdə daha çox yer tutub. Həmin partiyalar hökumət formalaşdıra bilmədikləri üçün ölkə rəhbəri Rumen Radev 11 iyulda parlamentə növbədənkənar parlament seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR