Bolqarıstanda xəstəxanada yanğın olub, 3 koronavirus xəstəsi ölüb

Bolqarıstanda xəstəxanada yanğın olub, 3 koronavirus xəstəsi ölüb
# 14 noyabr 2021 11:42 (UTC +04:00)

Bolqarıstanın Sliven şəhərində xəstəxananın koronavirus xəstələri saxlanılan şöbəsində yanğın olub.
APA-nın BTV telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla gecə saat 2:39 radələrində xəstəxananın 4-cü mərtəbəsində baş verən yanğın nəticəsində 3 koronavirus xəstəsi ölüb.
Qalan xəstələr evakuasiya edilib.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR